Bakıda evdə yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Hadisə

221

Bakıda evdə yanğın: 1 nəfər tüstüdən zəhərləndiBakıda 4 otaqlı ev yanıb.

FHN-dən Axar.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.