Qaxdan paytaxta gələn 21 yaşlı qız itkin düşdü

Hadisə

318

Qaxdan paytaxta gələn 21 yaşlı qız itkin düşdüQax rayonunda 21 yaşlı qız itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Qax rayon polis şöbəsinə ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Qax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.