Bakıda yaşayış evinə basqın: Ər-arvadı döyüb, 25 min apardılar

Hadisə

227

Bakıda yaşayış evinə basqın: Ər-arvadı döyüb, 25 min apardılarBakının Nizami rayonunda evlərdən birinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 7-də, saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsində qeydə alınıb.

Həmin ünvanda olan evlərin birinə 2 naməlum şəxs girib. Onlar Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb.

Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib.

Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.

Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.

Cinayətdə şübhəli bilinən digər şəxsin də tutularaq məsuliyyətə cəlb olunması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.