Masazırda 3 mərtəbəli tikilidə yanğın

Hadisə

512

Masazırda 3 mərtəbəli tikilidə yanğınMasazırda 3 mərtəbəli tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub və yanğın bölmələri tərəfindən söndürülüb.

Bu gecə Cəlilabad rayonunda da yanğın qeydə alınıb. Uzuntəpə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın bölmələri tərəfindən söndürülüb.