Göygöldə toyda DAVA: 4 nəfər xəsarət aldı

Hadisə

372

Göygöldə toyda DAVA: 4 nəfər xəsarət aldıGöygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.

Rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)