Avtomobil işıq dirəyinə çırpıldı - Ölən var

Hadisə

334

Avtomobil işıq dirəyinə çırpıldı - Ölən varFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb.

BakuPost-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.