Şəki sakinini ilan sancdı

Hadisə

267

Şəki sakinini ilan sancdıŞəkidə 51 yaşlı kişini ilan sancıb.

Bu gün saat 15:30 radələrində rayonun Cunud kənd sakini, 1967-ci il təvəllüdlü Abid Cumay oğlu İsayev ilan sancması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildiriblər ki, A. İsayev idarə etdiyi maşınla yolda hərəkətdə olarkən nəqliyyat vasitəsində nasazlıq baş verib. O, nasazlığı aradan qaldırmaq üçün yerə düşən zaman ilan sol ayaq pəncəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A. İsayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

A. İsayevin vəziyyətinin orta-stabil olduğu bildirilir. (apa)