Bakıda yaşlı kişini qatar vurdu

Hadisə

432

Bakıda yaşlı kişini qatar vurduBakının Binəqədi rayonunda piyadanı qatar vurub.

“Report” xəbər verir ki, hadisə 1934-cü il təvəllüdlü Həmzəyev Həmzə Məmmədhəsən oğlu Biləcəri qəsəbəsində dəmiryol relsləri üzərindən keçən zaman baş verib.

Piyada hadisə nəticəsində sağ qalıb. O, ailə üzvlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.