Xəzərdə batan gənclərin axtarışına helikopter cəlb olundu (YENİLƏNDİ)

Hadisə

360

Xəzərdə batan gənclərin axtarışına helikopter cəlb olundu (YENİLƏNDİ)Aprelin 18-də Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhərindən dənizə çıxmış 2 nəfər batıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.