Bakıda əcnəbi iş adamı bıçaqla özünə xəsarətlər yetirib

Hadisə

163

Bakıda əcnəbi iş adamı bıçaqla özünə xəsarətlər yetirib
Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda yerləşən “Reymon” hotelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Giorgiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərrüatı araşdırılır.

Conflict.az