Hacıqabulda əməliyyat: keçmiş məhkumlar saxlanıldı

Hadisə

64

Hacıqabulda əməliyyat: keçmiş məhkumlar saxlanıldıHacıqabulda keçmiş məhkumlardan narkotik vasitə aşkar edilib.

Bu barədə “Report”un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan blidirilib.

Belə ki, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev, Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıb.

R.Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.