"Kamaz" qəza törətdi - ÖLƏN VAR

Hadisə

127

"Kamaz" qəza törətdi - ÖLƏN VARKürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Sürücü 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən onunla əks istiqamətdə gələn Paşayev Raqif Süleyman oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla toqquşub.

Nəticədə rayon sakini R.Paşayev hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəyə səbəb kimi "Kamaz" markalı yük maşınının "Vaz"ın yoluna çıxması göstərilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)