Azərbaycanlı polis maşınında öldü

Hadisə

198

Azərbaycanlı polis maşınında öldüRusiyanın Volosovski rayonunda azərbaycanlı polis avtomobilində ölüb.

Oxu.az xəbər verir ki, polislər işıqlarını yandırmayan “Ford Mondeo” markalı avtomobili saxlayıb.

Onlar protokol tərtib etmək üçün 57 yaşlı azərbaycanlı sürücünü xidməti avtomobilə dəvət ediblər.

Avtomobildə vəziyyəti pisləşən azərbaycanlı təcili yardım gələnə qədər infarkt keçirərək ölüb.

Peterburq şəhərində müvəqqəti yaşayan həmin şəxsin avtomobilində kardioloji dərmanlar olub.