Britaniya sərnişin təyyarəsi Bakıda məcburi eniş etdi

Hadisə

201

Britaniya sərnişin təyyarəsi Bakıda məcburi eniş etdi10:44

Londondan İslamabada üçan təyyarə Bakıya məcburi eniş edib, xəsarət alan olmayıb.

Bu barədə “RİA Novosti”yə məlumatı Heydər Əliyev Hava Limanından veriblər.

“Dekabrın 27-də “Britiş Eyrveys” aviaşirkətinə məxsus London-İslamabad marşrutu ilə uçuş həyata keçirən Boeing B787-8 Drimlayner təyyarəsi İslamabadda qatı duman səbəbindən Heydər Əliyev beynəlxalq aeroportuna məcburi eniş edib. Təyyarə Bakı vaxtı ilə 09:11-də Bakı hava limanına enib. Sərnişinlər hazırda aeroportun tranzit zonasına yerləşdiriliblər”, - deyə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, təyyarə uçuşa hazır olana qədər sərnişinlər viza alıb aeroport ərazisini tərk edə və Bakının baxımlı yerlərinə tamaşa edə bilərlər.