Bakıda kirayədə qalan gənc öldürüldü - Cinayət işi

Hadisə

181

Bakıda kirayədə qalan gənc öldürüldü - Cinayət işiBakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Cavid Həmidlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.

İttihama görə, Binəqədi rayonu Binəqədi qəsəbəsi Xırdalan şossesində yerləşən fərdi evdə Cavid Həmidli evin həyətindəki digər mənzildə kirayədə yaşayan 1994-cü il təvəllüdlü Şəhriyar Allahverdiyev döş qəfəsindən bıçaqlayaraq qətlə yetirib.

Məlumat əsasında polis və prokurorluq əməkdaşlarının, eləcə də kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Hadisəni törədən Cavid Həmidli saxlanılıb.

İstintaq orqanı tərəfindən Cavid Həmidlinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.