Bakıda oğul atasının qanını tökdü - Təfərrüat

Hadisə

149

Bakıda oğul atasının qanını tökdü - TəfərrüatBakıda atasının bıçaqlamaqda təqsirli bilinən 1985-ci il təvəllüdlü Cavid Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Gədəbəy rayonunda anadan olan Cavid Haqverdiyev atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Mübahisə ata-oğul arasında davaya çevrilib.

Bu vaxt Cavid Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirməklə onu öldürməyə cəhd edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Cavid Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.