Dəhşətli ailə dramı - Ata övlad itkisinə dözmədi

Hadisə

139

Dəhşətli ailə dramı - Ata övlad itkisinə dözmədiTürkiyənin Adana şəhərində ailə faciəsi yaşanıb.
Suriyalı ailənin 4 yaşlı sakini Ömər Əl Həmid qəza nəticəsində dünyasını dəyişib. Ailəsi onu Suriyanın Raqqa şəhərində dəfn ediblər.

Dəfndən qayıdan ailənin maşını yolda PKK/PYD terrorçularının qurduğu minaya düşüb. Nəticədə Həmid ailəsinin digər oğlu, 9 yaşlı Eye əl Həmid və qohumları həyatını itirib, ana İmen əl Əli Əl Kero ilə 3 digər adam isə yaralanıb.

Ard-arda baş verən ölüm xəbərləri atanın infarkt keçirməsilə nəticələnib.