DİN iki nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Hadisə

141

DİN iki nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydıDaxili İşlər Nazirliyi Xaçmazda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə dekabrın 6-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib.

Kənd sakini Varis Hüseynovun idarə etdiyi “Priora” və Yevlax rayon sakini R.Əliyevin idarə etdiyi “DAF XF380” markalı (yük) avtomobillər toqquşub.

Nəticədə V.Hüseynov və sərnişini Rəşid Əliyev hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.