Bərdədə güclü yanğın - FHN-in məlumatı

Hadisə

69

Bərdədə güclü yanğın - FHN-in məlumatıBərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.