Sizin reklam burada
Sizin reklam burada

Saatlıda qatar VAZ-la toqquşdu: ölən var

Saatlıda qatar VAZ-la toqquşdu: ölən varSaatlı rayonunda qatar avtomobillə toqquşub.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində VAZ-2106 markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub. Qəza nəticəsində VAZ-2106 markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş