İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

Hadisə

116

İmişlidə avtomobil piyadanı vuraraq öldürübİmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 29-da saat 1 radələrində İmişli şəhərinin ərazisində Beyləqan rayon sakini Cəfər Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rövşən İsgəndərovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.