Bakıda bu yolda nəqliyyat iflic oldu

Hadisə

250

Bakıda bu yolda nəqliyyat iflic oldu08:40

Paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti səhər saatlarından etibarən nəqliyyatın hərəkətində ciddi problem yaradıb.

Axar.az xəbər verir ki, hazırda şəhərin Qara Qarayev prospekti 1,5 saatdan çoxdur tam olaraq bağlanıb.

Bundan əlavə, Heydər Əliyev (Bakı Hava limanından şəhər istiqamətində, "Koroğlu" metrostansiyası yaxınlığında) və Ziya Bünyadov prospektlərində də ciddi sıxlıq müşahidə olunur.