Bakıda kişi özünü dənizə atdı – POLİS XİLAS ETDİ

Hadisə

216

Bakıda kişi özünü dənizə atdı – POLİS XİLAS ETDİBakıda özünü dənizə ataraq intihara cəhd edən şəxs xilas edilib.

Publika.az xəbər verir ki, dünən saat 16 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizə girən şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən sudan çıxarılıb.

Araşdırmalarla onun Binə qəsəbə sakini Ə.Hacıyev olduğu, ailə münaqişəsi zəminində özünü dənizə atmağa cəhd etməsi müəyyən edilib.

Araşdırma aparılır.