Bakıda xəstəxanada müalicə alan psixi xəstə cinayət törətdi

Hadisə

255

Bakıda xəstəxanada müalicə alan psixi xəstə cinayət törətdiBakı şəhəri ərazisində bir neçə soyğunçuluq və oğurluq cinayətlərinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin “QAZ-31” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.