Sizin reklam burada
Sizin reklam burada

Bakıda reyd - Uşaqları zəhərləyən satıcı cərimələndi

Bakıda reyd - Uşaqları zəhərləyən satıcı cərimələndiPolis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyi xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının şəhər ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.


Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

​Bu istiqamətdə reydlər davam etdirilir.

  • Sosial şəbəkədə paylaş