Bakıda avtomobil 30 yaşlı piyadanı vurdu

Hadisə

101

Bakıda avtomobil 30 yaşlı piyadanı vurduBakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Bilgəh qəsəbəsində Qiyasov Akşin Yaşar oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona topuq sümüyünün sınığı diaqnozu qoyulub.