Vüsalə zəncirvari qəzaya səbəb oldu - 3 avtomobil toqquşdu

Hadisə

22

Vüsalə zəncirvari qəzaya səbəb oldu - 3 avtomobil toqquşduTanınmış aparıcı Vüsalə Kərimova qəzaya düşüb.

Conflict.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şənbə günü Yasamal rayonu ərazisində baş verib.

V. Kərimova hərəkət zamanı idarəetməni itirərək yolun kənarında dayanan "VAZ 21 07"yə çırpılıb. Daha sonra "07" tərpənərək qarşısındakı "Qazel"lə toqquşub.

Hadisə zamanı aparıcının sahibi olduğu "Hyundai Tucson" markalı avtomobilin ön hissəsi, "07"nin ön və arxa hissəsinə ziyan dəyib.

Qəza vaxtı xəsarət alan olmayıb.

V. Kərimova qafqazinfo-ya məlumatı təsdiq edib. O, qəzaya özünün səbəb olduğunu qeyd edib.