Sizin reklam burada
Sizin reklam burada

Dinc əhaliyə hücum

Dinc əhaliyə hücumÖtən gün Türkiyənin Mardin və Şanlıurfa bölgələrinin minaatanlarla atəşə tutulması zamanı həlak olanların sayı 7-ə çatıb.

Şanlıurfanın Ağcaqala, Birecik, Ceylanpınar, Mardinin Nusaybin ilçələrinə düşən mərmilər 85 nəfərin yaralanmasına səbəb olub.

Şanlıurfanın Ceylanpınar ilçəsinə atılan raketlərdən bəziləri yaşayış evlərinə düşüb. Burada 11 yaşlı Əlif Tərim aldığı qəlpə yarasından dünyasını dəyişib. Mardin bölgəsində isə terrorçuların atdığı mərmi bir ailənin üç üzvünün (ana və qızları) ölümünə səbəb olub.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerində araşdırma aparan ekspertlər mərmilərin bəzilərinin rus, bəzilərinin isə ABŞ istehsalı olduğunu bildiriblər.

  • Sosial şəbəkədə paylaş