Bomba xəbəri yayıldı, parlament təxliyə edildi

Gündəm

29

Bomba xəbəri yayıldı, parlament təxliyə edildiBelçikanın Flandriya regional parlamentinin büdcə komitəsinin iclası binaya bomba qoyulması barədə məlumat daxil olandan sonra təxirə salınıb.

Azərtac-ın xəbərinə görə, polis əməkdaşlarının xüsusi təlim keçmiş itlərin köməyi ilə əsaslı axtarış aparması üçün bina boşaldılıb. Hakim sağ mərkəzçi koalisiyanı və müxalifəti təmsil edən deputatlar Flandriyanın yeni hökumətinin dünən açıqladığı büdcə məsələlərini müzakirə etməyə toplaşıblar, lakin onların diskussiyası bu insidentlə əlaqədar yarımçıq qalıb.

Flandriya parlamenti büdcəni müzakirə edən saatlarda telefon zəngi daxil olub. Naməlum şəxs ingilis dilində deyib ki, binaya bomba qoyulub. Parlamentin təhlükəsizlik xidməti məsələyə ciddi yanaşıb, çünki bu gün burada Brüssel Kürd İnstitutunun yaradılmasının 40-cı ildönümü münasibətilə qəbul da təşkil edilib. Şübhəsiz ki, qəbul təxirə salınıb.

Brüsselin Elsen rayonunun polis xidmətinin mətbuat katibi deyib:

“Parlamentin sədri iclası dayandırmağı və binanın boşaldılacağını elan etməyi qərara alıb. İndi biz parlamentin binasındakı bütün otaqları yoxlayırıq”.