Sizin reklam burada
Sizin reklam burada

Türkiyəni qarışdıran sual: Dövlət Bağçalı haradadır? – Şok təffərrüat

Türkiyəni qarışdıran sual: Dövlət Bağçalı haradadır? – Şok təffərrüatBir müddət əvvəl müayinə məqsədilə xəstəxanaya aparıldığı deyilən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı haqda ilginc iddialar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, türk analitik Orxan Gökdəmir MHP liderinin səhhətinin ağır olduğunu istisna etməyib.

Orxan Gökdəmir illər əvvəl mərhum baş nazir Bülənt Ecevitin vəzifədən uzaqlaşdırılması üçün atılan addımları xatırladıb:

“Ecevit hökumətinin təslim edilməsinin ən qızğın müdafiəçilərindən biri Həsən Camal idi. Hələ Ecevitin səhhəti yaxşı olanda onun partiyasının başına kimin gətirilməsi məsələsinin həllini axtarmağa başlamışdı. Bundan sonra media və iş adamları hökumətə təzyiqi artırdı, Ecevit xəstəxanada girov saxlanıldı. Ecevit getsin, yerinə kim gəlir-gəlsin, Türkiyə İraqa müdaxilədə ABŞ-ın yanında yer alacaqdı.

Bülənt Ecevitin xəstəxanada yanlış müalicə aldığı iddiası həmin günlərdə ortaya çıxdı. Xəstəxana həkimləri Ecevit haqda “İş görə bilməyəcək” diaqnozunu verdi. Bundan sonra Ecevitin yerinə Hüsaməddin Özkanın gətiriləcəyi iddiası yayıldı. Habelə mərhum baş nazirin həyat yoldaşı Rahşan Ecevitlə birlikdə az qala qaçırmış kimi xəstəxanadan çıxdığı da, o dönəmdə mediada müzakirə olunmuşdu”.

Analitik MHP liderinin də Bülənt Ecevetin vaxtilə yatdığı xəstəxanada (professor Mehmet Haberalın xəstəxanası) müalicə olunduğuna diqqət çəkib:

“Haberalın xəstəxanası növbəti dəfə buna bənzər məsələ ilə gündəmə gəlib. Prezident Ərdoğanın müşaviri Yiğit Bulut Bağçalının səhhəti ilə bağlı verdiyi açıqlamada Haberalın xəstəxanasına toxundu. Bulut Başkənt Xəstəxanasının qurucusu Mehmet Haberal haqda “O adama həyatım boyunca güvənmədim” dedi:

“Bir məsələyə xüsusi diqqət yetirməliyəm: 2001-cü il böhranı və Mehmet Haberalın xəstəxanasına təslim olunan Ecevit! Və bundan sonra baş verənlər! Bu Haberal deyilən adama heç vaxt güvənmədim, güvənməyəcəyəm də. Əgər hörmətli Bağçalı hələ də oradadırsa, təcili başqa xəstəxanaya köçürülməlidir”.

MHP liderinin səhhəti ilə bağlı məsələ öz naməlumluğunu qoruduğu bu günlərdə xəstəxana dəyişikliyi haqda təlimatı Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi iddia olunub.

Görünən budur ki, Başkənt Xəstəxanası polemikasının siyasi müstəvidə müzakirə olunacağı ehtimal edilir.

  • Sosial şəbəkədə paylaş