Sizin reklam burada
Sizin reklam burada

Savaş elanı

Savaş elanıABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və onlarla əlaqədə olanlar, cinayətlərinə və dövlətə xəyanətlərinə görə, impiçmenti haqq edirlər.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb.

“Nensi Pelosi hiyləgər Adam Şiffin Konqresə və Amerika xalqına qarşı yol verdiyi bütün yalanlar və kütləvi fırıldaq halları barədə məlumatlı olub. Pelosi bütün hallarda Şiff qədər günahkardır. Məncə, bu o deməkdir ki, onlarla pis niyyətlə razılığa gedən hər kəsə qarşı dərhal impiçment elan edilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və konqresmen Adam Şiff ermənipərəst mövqeləri ilə tanınırlar. Hər iki şəxs hazırda Konqresdəki erməni lobbisinin ən nüfuzlu üzvü hesab olunur.

  • Sosial şəbəkədə paylaş