Bələdiyyə sədri həbs edildi – İmişlidə

Gündəm / Bölgə / Kriminal

169

Bələdiyyə sədri həbs edildi – İmişlidə
İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, rayonun Yalavac kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov bir neçə gün əvvəl həbs edilib. Məlumatı verən mənbənin bildirdiyinə görə bələdiyyə sədri dövlət əmlakını külli miqdarda mənimsəməkdə ittiham edilir. Haqqında iki ay həbs qəti imkan tədbiri seçilən bələdiyyə sədri mətbuatın gündəminə mütəmadi olaraq vətəndaşlara və dövlətə məxsus torpaq sahəsinin satışı, jurnalistə təzyiq və s. qanunsuz hərəkətləri ilə gəlib. Xatırladaq ki, Qəhrəman Qəhrəmanov təxminən iki il öncə bələdiyyə ərazisində olan qəbirstanlıq ərazisini də ev tikintisi məqsədilə vətəndaşa satmışdı. Medianın müdaxiləsindən sonra geri çəkilən bələdiyyə sədri daha sonra rayonda fəaliyyət göstərən iş adamlarından birinin adına dəmir yolu xəttnin mühafizə zolağına düşən hissəsini kommersiya obyektinin tikilməsi məqsədilə sənədləşdirmişdi. Maraqlıdır ki, bu son bir neçə ildə İmişlidə korrupsiya faktı ilə müşahidə edilən ikinci böyük hadisədir. Oxucuların nəzərinə çatdıraq ki, bir müddət öncə İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirovda eyni maddə üzrə ittiham edilmişdi. Maraqlı məqam Maliyyə nazirliyinin İmişli rayonu üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimov nə qədər qəribədə olsa da bu dəfə də sorğuya çəkilmədi.
Bələdiyyə sədri həbs edildi – İmişlidə
Axı ayrılan vəsaitlərin istifadəsinə, ümumiyyətlə dövlət əmlakına nəzarət funksiyası məhz bu şəxsə aiddir. Onu da xatırladaq ki, Maliyyə nazirliyinin İmişli rayonu üzrə maliyyə idarəsinin rəisi Rəhim Rəhimov və hal-hazırda dövlət əmlakını külii miqdarda mənimsəmə faktl ilə həbs edilən Qəhrəman Qəhrəmanovla bağlı araşdırmalarımız davam edir.

Mövzunu diqqətdə saxlayacağıq.
Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq, dərc etməyə hazırıq.

Conflict.az