Sizin reklam burada
Sizin reklam burada

Səudiyyə şahzadəsindən Qaşıqçı etirafı: bu, bir xəta idi

Səudiyyə şahzadəsindən Qaşıqçı etirafı: bu, bir xəta idiSəudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ABŞ-ın CBS kanalında yayımlanan “60 dəqiqə” proqramının qonağı olub.

Publika.az xəbər verir ki, şahzadə ötən il İstanbulda qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı danışıb.
Səudiyyə şahzadəsindən Qaşıqçı etirafı: bu, bir xəta idi
O, jurnalistin qətl əmrinin verilməsi ilə bağlı haqqında çıxan iddiaları təkzib edib, lakin ölkənin lideri olaraq bütün məsuliyyətin özünə aid olduğunu ikinci dəfə qəbul edib: “Cinayət əmrini qətiyyən mən verməmişəm. Lakin cinayət Səudiyyə hökuməti üçün işləyən şəxslər tərəfindən işləndiyinə görə, bütün məsuliyyəti öz üzərimə götürmüşəm. Bu, bir xəta idi. Gələcəkdə belə bir hadisənin yaşanmasını əngəlləmək üçün bütün tədbirləri görməliyəm”.
Səudiyyə şahzadəsindən Qaşıqçı etirafı: bu, bir xəta idi
Qeyd edək ki, Məhəmməd ibn Salman ötən həftə PBS kanalının “Frontline” xəbər proqramının prodüseri Martin Smitə də bənzər açıqlama vermişdi.

Bundan başqa, şahzadə İranla bağlı sualları da cavablandırıb: “Dünya İranı yolundan döndərmək üçün güclü və sərt bir həmlə etməsə, dünyanın mənfəətlərini təhlükəyə atacaq çox gərginlik görəcəyik. Tədarükümüz bitəcək və neft qiymətləri həyatımızda görmədiyimiz formada, xəyal belə edilə bilməyəcək rəqəmlərə çıxacaq”. Şahzadə həmçinin, Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə hücumun İran tərəfindən edildiyini bildirib.

  • Sosial şəbəkədə paylaş