Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY

Gündəm

69

 Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEYAstara rayon sakini Xanım Məmmədova yaşayış şəraitinin bərbad olmasından şikayətçidir.

Bununla bağlı Yeniavaz.com-a müraciət edən X. Məmmədova bildirib ki, Astara rayon İcra hakimiyyəti tərəfindən müvəqqəti yaşayış yeri verilsə də orada yaşamaq mümkün deyil:

Asataranın icra başçısı belə şəraitdə yaşayarmı?

“Biz 4 uşaq olmuşuq. Valideynlərimiz bizi internat məktəbinə veriblər. 18 yaşımız tamam olanda isə bizə dedilər çıxıb gedin özünüzə həyat qurun. Nə valideynlərim, nə də ki, qohumlarım mənə sahib çıxdı. 2012-ci ildə ailə həyatı qurdum. Bir il sonra övladım dünyaya gəldi. Yoldaşım Bakıda taksi fəaliyyəti ilə məşğul olurdu. Yoldaşımın avtomobilindən oğurluq yük çıxdı onu 6 ay şərti məhkum etdilər. Biz də məcbur olub qayıtdıq Astaraya. Kirayədə yaşayırdıq, çox çətinliklə dolanırdıq. Getdim İcra başçısının qəbuluna dedim ki, mənə qalmaq üçün yer verin mən də bu ölkənin vətəndaşıyam. O da göstəriş verdi ki, bizi yerlə təmin etsinlər. İndi görün bizi harda yerləşdiriblər. Nəmişlikdən, şəraitsizlikdən uşaqlarım xəstəlik tapacaqlar. Xahiş edirəm vətənimin qeyrətli övladlarından bizə köməklik göstərsinlər”.
 Asataranın icra başçısı belə şəraitdə yaşayarmı? - GİLEY
Xanım Məmmədova bildirib ki, yaşayış şəraitinin çətin olmasına baxmayaraq sosial yardım da almırlar.