QƏZƏNFƏR AĞAYEV ŞİKAYƏTÇİ QƏBUL ETMİR, YALNIZ ONA MƏKTUB YAZMAQ OLAR... - GİLEY

Gündəm

51

QƏZƏNFƏR AĞAYEV ŞİKAYƏTÇİ QƏBUL ETMİR, YALNIZ ONA MƏKTUB YAZMAQ OLAR... - GİLEYAstara rayonun Sekaşan kənd sakini Əfqan Əliyev uşaqlarına məktəbli forması ala bilmədiyini söyləyir. DİA.AZ bildirir ki, o, bunu imkansızlıqla, işsizliklə bağlayır:

“Üç uşağım var, ikisi məktəblidir. Biri də bu il hazırlığa getməlidir. Uşaqların geyimləri, çantaları, dəftərləri, qələmləri yoxdur. Həm bahadır, həm də imkanım yoxdur. Kəndimiz dağda yerləşir. Burda çəkməsiz keçinmək mümkün deyil. Qış tez gəlir və uzun çəkir. Ona görə geyimləri möhkəm olmalıdır. Hesablamışam, hər uşaq 180 manat xərc istəyir”.

Kənd sakinin bildirməsinə görə, çətinliklər bununla bitmir. Ə. Əliyevin vurğulamasına görə, hər dəfə uşaqlar piyada qonşu kənddəki məktəbə getməli olurlar:

“Bizim kənddə məktəb yoxdur. Kəndin işığı yoxdur, yol bərbaddır. Sakinlərin çoxu burdan köçüblər. Uşaqlarım qonşu kənddə məktəbə gedirlər. Məktəblə kənd arasında 3 kilometr yoldur. Burdan piyada gedirlər qonşu Vəznəş kəndinə, orda da məktəb yoxdur. Ordan da məktəbin yerləşdiyi Şuvi kəndinə yollanırlar. Uşaqları özümüz aparırıq. Kəsə yolla gedirik, elə yerlər var ki, uşaqları dalımıza alırıq. Çox vaxtı uşaqları Şuvi kəndində tanışların evlərində saxlamlı oluruq. Xüsusən qış aylarında. Kənar bir yerdə uşaq nə qədər qalar?”

Əfqan Əliyev işsiz olduğunu deyir:

“Ailəmizdə işləyən yoxdur.Fərdi təsərrüfatım sıfır vəziyyətindədir. Bizi Allah saxlayır.”

O deyir ki, prezident kəndə elektirik xəttini çəkmək üçün vəsait ayırıb.Amma işlər ləng gedir:

“May ayında gəldilər, kabel çəkdilər. Bəzi yerlərdə dirək basdırıblar, elə də qalıb. Bu il burada işıq görəcəyimizə, inanmırıam. Prezidenti aldadırlar. Şəraitsizliyin nəticəsidir ki, burada insanlar qalmır.Ailələr məktəbli uşaqlarına görə, köçüb gediblər. Bir mənim ailəmdə məktəbli uşağı var. Vəziyyətimlə bağlı rayon icra hakimiyyətinə getmişdim. Yol bərbad vəziyyətdə olduğuna görə Astara şəhərinə günorta saatlarında çatdım.Halbu ki, şəhərlə kənd arasında 10-15 kilometr yol var. Məni başçının yanına buraxmadılar. Dedilər ki, başçıya məktub yaz, poçtla göndər. Mən də yazıb göndərmişəm. Bilmirəm nə olacaq? Həftəinin birinci günü dərsdir. Uşaqlarımın dərsə getməsini istəyirəm. Görünür bu mümkün olmayacaq.”

Astara şəhərində yerləşən Təhsil Nazirlyinin ragional idarəsindən bildiriblər ki, aztəminatlı ailələr üçün pulsuz məktəbli forması nəzərdə tutulmayıb.