Sizin reklam burada
Sizin reklam burada

SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞI

SABİRABAD YOL PATRUL XİDMƏTİNİN RƏİSİ ƏHMƏD AĞAYEVİN ÖZBAŞNALIĞISabirabad rayonun bir neçə sakinləri Yol Patrul Xidmətinin Rəisi Əhməd Ağayevindən saytımızın elektron poçtuna şikayət məktubu ünvanlayıblar.

Məktubun məzmununu sizlərə təqdim edirik:

Sabirabad RPŞ-nin DYP-nin rəisi Əhməd Ağayevin “Məhəllə postları” Məlum olduğu kimi Sabirabad rayonunda bir neçə təhlükəli magistiral yollar vardır.Bunlar Sabirabad-Narlıq, Sabirabad-Şirvan və Noxudlu Salyan yollarıdır.

Dəfələrlə bu yollarda ölümlə nəticələnən qəzalar olmasına baxmayaraq, Sabirabad DYP-nin rəisi Əhməd Ağayev əməkdaşlarına qeyd olunan yollarda deyil rayonun ən sakit ərazisi olan, Qəzli-Quruzma və Yenikənd kəndlərində pul qazanmaq üçün məhəllə arası küçələrdə, çayxana və restoranların qarşısında postlar qurdurur.Yuxarıda qeyd olunduğu kimi Sabirabad rayonunun bir çox ərazisində təhlükəli və nəzarətə ehtiyac olan yolları vardır.Lakin sakitcə pul qazanmaq üçün Ə.Ağayevə məhz Qəzli,Quruzma və Yenikənd kəndlərinbdə postlar qurmaq daha əlverişlidir.Çünki bu kəndlərin sakinləri əsasən təsərrüfatla məşğul olur və məhsullarını kənd ərazisində yerləşən bazarlara at arabası və şəxsi minik avtomobilləri ilə çıxarmalı olurlar. Ə.Ağayev isə bu halda yük daşınma qaydasının pozuilmasını bəhanə gətirərək orada öz “bazarını” açmış olur. Bu da əhali arasında böyük narazıçılığa səbəb olur.Məlumata görə,qəbuluna da, səhər saat 9:00 dan günorta 13:00-a qədər gözləyirlər qəbul belə etmir.Sakinlər bildirirlər ki,kolidorda da sözümüzü demək istəyəndə isə ” get hara deyirsən de” sözü ilə öz yoluna davam edir. Bütün bunlardan bu nəticəyə gəlmək olar ki, Ə.Ağayev Daxili İşlər Orqanlarının-Etik davranış kodeksini-ya heç oxumamış ya da ki, bu dəyərlər onun üçün heç bir əhəmiyyət kəsb etmir. Görəsən Ağayev bu qeyri etik və qanunsuz davranışları ilə Azərbacan Respublikasınin Dövlət siyasətinə nə qədər zərbə vurduğunu düşünürmü?

Ümüdvarıq ki,Cənab General Vilayət Eyvazov ,onun zəhmətkeş kənd sakinlərinə etdiyi bu zülüm və Dövlət siyasətinə vurduğu bu zərbə Sizin diqqətinizdən kənarda cavabsız qalmayacaq.(XəbərAl.az)

  • Sosial şəbəkədə paylaş