Ağalar Vəliyev "efirdədir"... - Narazılıq yaradır...

Gündəm

157

Ağalar Vəliyev "efirdədir"... - Narazılıq yaradır...Bakının Binəqədi rayonunda, "Azadlıq prospekti" metrostansiyasının üzərindəki parkı zəbt edərək bina tikən "Kristal Abşeron" şirkəti sakinləri təhlükə ilə üz-üzə qoyub.

Gundemxeber.Az xəbər verir ki, bununla bağlı vəkil Vamiq Şükürov video paylaşıb.

Daha sonra vəkil yazır: "Hərəkət edən insanlarının düz başının üstündə kran işləyir! Kran nasazlıqdan sıradan çıxarsa, ərazidə baş verəcək faciənin nəticələrini fikirləşmək belə adamı dəhşətə gətirir. Ümumiyyətlə, bu cür ərazidə bina tikilməsi standartlara uyğundurmu?".

Qeyd edək ki, "Kristal Abşeron" şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu deyilir.