Sizin reklam burada
Sizin reklam burada

“KEPRO” LAZERDƏ QAŞ DÜZƏLTDİKLƏRİ YERDƏ VURUB GÖZ ÇIXARDILAR... - GİLEY

“KEPRO” LAZERDƏ QAŞ DÜZƏLTDİKLƏRİ YERDƏ VURUB GÖZ ÇIXARDILAR... - GİLEYBakı şəhərinin müxtəlif ünvanlarında fəaliyyət göstərən “Kepro” lazer epilyasi mərkəzlərinə müraciət edənlərin sağlamlığı çox ciddi şəkildə təhlükə altındadır. Bu mərkəzlərdə lazımi prosedurlara ciddi əməl olunmadığından pasiyentlərin sağlamlığına xəsarət yetirilir.

Bu barədə Moderator.az saytına “Kepro” lazerin Bakı şəhərinin Məhəmməd Hadi küçəsində yerləşən filialında gözlərinə ciddi xəsarət yetirlən şəhər sakini məlumat verib. Firəngiz Məmədova adlı oxucumuz bildirir ki, bir neçə gün bundan öncə Məhəmməd Hadi küçəsindəki “Kepro” lazer epilyasiya mərkəzinə müraciət edib.

Mərkəzdə ona bütün avadanlıqların ən müasir standartlara cavab verdiyi, insan sağlamlığı üçün təhlükəli olmadığı bildirilib. Ancaq təəssüf ki, vətəndaş bunun əksini görüb. Lazer epilyasiyası həyata keçirilərkən pasiyentə qoruyucu eynəkdən istifadə etmək xəbərdarlığı olunmayıb. Epilyasiya zamanı pasiyentin sol gözü şüanın təsirindən zədələnib. O, Bakı şəhərindəki “Dünyagöz” xəstəxanasında əməliyyat olunub. Bir neçə gün sonra daha bir əməliyyat keçirəcək.

Övladlarının sağlamlığına xəsarət yetirən epilyasiya mərkəzinə gedən valideynlər isə sözün əsl mənasında şok yaşayıblar. Özünü bu mərkəzlərin rəhbəri kimi təqdim edən Elvin Musayev adlı şəxs əvvəlcə onların övladının burada olmadığını bildirsə də sonradan gənc qızın gözünə burada xəsarət yetirildiyini etiraf edib.

Ailə bir neçə gündür Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng etsə də, telefona cavab verən yoxdur. Hələlik mətbuat vasitəsilə ictimaiyyəti məlumatlandırmağı vacib hesab edən zərərçəkmişlər “Kepro” lazeri məhkəməyə verməyə hazırlaşır. İctimaiyyətə də ona görə məlumat verilir ki, bu mərkəzlərin xidmətlərindən istifadə edənlər diqqətli olsunlar.

  • Sosial şəbəkədə paylaş