Sizin reklam burada
Sizin reklam burada

Arzu Rəhimov Beyləqanı görün, kimə əmanət edib... - İDDİA

 Arzu Rəhimov Beyləqanı görün, kimə əmanət edib... - İDDİASəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan şöbəsinin rəisi Əlisafa Məmmədov vəzifə səlahiyyətlərindən sui istifadə edərək universitetdən xaric edilən tələbələri və digər gəncləri hərbi çağırışdan yayındırır. Bu barədə MilliYola Beyləqandan daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Əlisafa Məmmədov rəis təyin edildikdən sonra şöbədəki işçilərin narazılıqları dayanmadan artır. Bunun səbəbi isə rəisin Beyləqan Hərbi Komisarlığının binasını və əsasən də öz kabinetini işçilərin əmək haqqı hesabına məcburi təmir etdirməsidir.

Maraqlı bir iddia isə ondan ibarətdir ki, Əlsafa Məmmədov iş gününün böyük hissəsini kabinetində xanım işçilərlə komputerdə müxtəlif oyunlar oynamaqla keçirir.

Daxil olan məlumatda o da vurğulanır ki, Əlsafa Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla yaxınlığı ilə də tez-tez öyünür və Arzu Rəhimovla təkbətək görüşlərinən ağız dolusu danışır. Həttt özünün Beyləqanda müvəqqəti olduğunu və tezliklə Bakıya təyinat alacağını qeyd edir.(MilliYol.az)

  • Sosial şəbəkədə paylaş