Biləsuvarın icra başçısı dəyişdirilir - Yerinə isə...

Gündəm / Bölgə

152

Biləsuvarın icra başçısı dəyişdirilir - Yerinə isə...Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev ciddi problemlərlə üz-üzə qalıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilirdi ki, yaxın günlərdə Biləsuvar rəhbərliyində dəyişiklik gözlənilir.

Dia.az-a verilən son məlumatlardan isə aydın olur ki, yeyinti ittihamının hədəfində çətin günlərini yaşayan Mahir Quliyevin yerinə kimin təyin olunacağı da müəyyənləşib.

Mənbə iddia edir ki, hazırda başçının 1-ci müavini postunu tutan Xanlar Məmmədov dövlətin müvafiq qurumlarının müsahibəsindən də keçirilib: "Onunla danışıqlar da olub və X.Məmmədov başçı təyin olunması üçün ciddi hərəkətlənmədədir".