“QAÇQINKOM”A İTTİHAM: MƏNZİLİ PULLA SATIRLAR

Gündəm

138

“QAÇQINKOM”A İTTİHAM: MƏNZİLİ PULLA SATIRLARSumqayıtda məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinə rüşvət ittihamı irəli sürüb.

“Yeni Sabah” xəbər verir ki, sosial mediada yayılan video görüntülərdə köçkünlər iddia edib ki, Şəkidən olan ailəyə rüşvət müqabilində “Qaçqınkom”tərəfindən mənzil verilib. Onlar bildirib ki, 8 min manat verən şəxslər asanlıqla bu qurumdan mənzil ala bilir.

26 ildir acınacaqlı durumda yaşayan köçkünlər dövlətdən kömək istəyib.

Məsələ ilə bağlı “Qaçqınkom”un da mövqeyini işıqlandırmağa hazırıq.

Köçkün yataqxanasından hazırlanan reportajı təqdim edirik:
[media=http://https://m.youtube.com/watch?v=v04gnieFQK4&time_continue=6]

Conflict.az