Nazirimizi Mahmudovçuya nə bağlayır? - “get sənədləri ver Aydəmə, yoxsa nəslin MTN-də çürüyəcək...”

Gündəm / Cəmiyyət

159

Nazirimizi Mahmudovçuya nə bağlayır? - “get sənədləri ver Aydəmə, yoxsa nəslin MTN-də çürüyəcək...”Kənd təsərrüfatı naziri İnam Kərimov Birləşmiş Ştatların İndiana ştatında yerləşən “Richmond High Scholl”-da təhsil alıb. Fransanın Strasburq Universitetində hüquq ixtisası, nüfuzlu Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

İngilis, fransız və rus dillərindən savayı farsca da bilir. Belə bir yüksək intellektə, baqaja malik nazirə ölkənin doğurdan da ehtiyacı varıydı və prezidentin təyinatı yerində qərardır.

Amma sual doğurur ki, Sorbonna oxumuş, bir neçə dil bilmiş, Qərb düşüncəli, müasir nazirimizi nə məcbur edib ki, adı MTN işində keçən, “Akula Akif” adlı bir odiozla işbirliyi olmuş Aydəm İsmayılov adlı şəxsi “Green Park Azərbaycan” MMC direktoru təyin edib?

Mətbuatda yayılmış məlumatlara istinadən yazırıq ki, A.İsmayılov gənc kadr ola, işində bacarıq nümayiş etdirə bilər.

Lakin Avropada, İ.Kərimov da gözəl bilir ki, reputasiyası zədəli məmurlar postlara yerləşdirilmirlər.

Azərbaycanda, nazirin əvvəl rəhbərlik etdiyi ASAN Xidmətdə bir kadr yoxdur ki, “Green Park Azərbaycan” MMC direktoru işləsin, mütləq Eldar Mahmudov bandası ilə adı keçmiş birini başa gətiriblər?

Saytlar yazmışdı ki, MTN şefi Eldar Mahmudovun və sahibkarlara “qan udduran” MTN-çi iş adamı “Akul Akif” kimi tanınan Akif Mustafayevin şəriklərindən biri Aydəm İsmayılov olub.

Diqqət çəkən məqamlardan biri Aydəm İsmayılovun qardaşı ilə bağlıdır. Belə ki, iki il öncə Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılovun barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdi.

Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktoru olub. Bildirək ki, Aydəm İsmayılovun adı bundan əvvəl də tikinti şirkətləri ilə münaqişədə hallanıb.

Aydəm İsmayılov başqa bir tikinti şirkətin əmlakını ələ keçirmək üçün üçün ZAZ MTK təsis etmişdi. Həmin MTK-nın təsisçiləri Aydəmin dostu AKULA Akif ləqəbli Akif Mustafayev, Aydəmin qardaşı İsmayılov Azər və mühasibi Həsən Bayramovdur.

“Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin də təsisçiləri eyni şəxslərdir.

Belə qalmaqallı bir şəxsə İnam Kərimov tərəfindən vəzifə verilməsi təəccüb doğurur.

Yada salaq ki, “EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqov açıqladığı məlumatda A.İsmayılovun yüksək vəzifəli dövlət məmurları, generalların adından istifadə edərək külli miqdarda pulu mənimsədiyi iddia olunurdu. N.Sadıqov “Mariot” hotelində A.İsmayılov və “Akula Akif” arasında özünün də iştirak etdiyi görüşün detallarını açıqlamışdı:

“Aydəm İsmayılov mənim əmlakımı Akula Akifin gücündən istifadə edərək ələ keçirib. Aydəm İsmayılova etiraz edəndə isə MTN-lə hədə-qorxu gələrək, başıma qara torba keçirilib aparılacağı ilə hədələyirdi. Aydəm İsmayılovla Akula Akifin görüş yerlərindən biri Marriott idi.

Hansı ki, Aydəm İsmayılovun ofis kimi və eləcə də cinayət əməllərini həyata keçirmək üçün görüş yerinə yaxında keçmiş Bakı Ayaqqabı Fabrikasının ərazisi yerləşir.

Orda yüngül həyat keçirənlər üçün otel və Aydəmin cinayət əməllərini həyata keçirmək üçün istifadə etdiyi, tabeliyində olan Azərbaycan Beynəlxalq Mühafizə şirkəti yerləşir.

Aydəm İsmayılov Akula Akiflə görüşlərinin birinə həmin qorxutmaq üçün məni də çağırır. Akula məndən soruşur ki, bilirsən ki, Aydəm mənim şərikimdi? Mən ”hə” cavabı verdim.

Akula mənə dedi ki, get sənədləri (müqavilələri) yaz ver Aydəmə. Yoxsa sən və nəsilin MTN-də çürüyəcəksən.

Bundan sonra 3 000 000 dollardan çox əmlakı pul ödənilmədən Aydəm İsmayılovun adına yazaraq müqavilə ilə verdim”.

Aydəm İsmayılovun nazirliyin strateji yerlərindən biri olan İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi KTN-də şok effekti yaratmışdı.

Sonradan KTN-də strateji şöbə olan İstehsal müəssisələri ilə iş şöbəsi ləvğ edildi və Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC kimi daha bir ciddi, prestijli bir qurumun direktoruluğuna təyinat aldı.

Bildirək ki, “Green Park Azərbaycan” MMC kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərir.

Cumhuriyyet.net yazmışdı ki, Aydəm İsmayılovun “Green Park Azərbaycan” MMC direktor gətirilməsi cəmiyyətin üzvlərinin ciddi narazılığına səbəb olub. Cəmiyyətin işi son aylarda dayanmaqla keçib.

Aydəm İsmayılovun nazir İnam Kərimovun qarşısında söz verdiyi kimi “Green Park Azərbaycan” MMC-ni maliyyə vəsaiti təmin edəcəyi idi.

Ancaq Aydəm İsmayılov verdiyi sözü tutmayıb cəmiyyətə lazım olan vəsaitləri yatırtmayıb.

Nazirliyin və A.İsmayılovun mövqeyini dərc etməyə hazırıq.(Cahan.info)

Conflict.az