Bolton nə tələb edib? – Detallar

Gündəm / Dünya

66

Bolton nə tələb edib? – DetallarABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, İsrail Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben Şabbat və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin görüşünün detalları bəlli olub.

Məlumatı “Axios” portalı yayıb. Görüş zamanı ABŞ və İsrail nümayəndələri Rusiya tərəfinə Suriyanın gələcəyi ilə bağlı istənilən razılaşmada İranın təkcə Suriya yox, həm də Livan və İraqdakı mövcudluğuna son qoyulmasının yer alması gərəkdiyi bildirilib.

“Bolton aydın şəkildə Patruşevə bəyan edib ki, istənilən halda məhz Rusiya İranın Suriyada mövcudluğu ilə bağlı ilk addımı atmalıdır. Bolton yalnız bu halda ABŞ-ın onlara istədiyini verəcəyini bildirib. Amerika tərəfi həmçinin bəyan edib ki, razılaşmanı İranın Livandakı və İraqdakı hərbi mövcudluğu problemi həll edilmədən əldə etmək mümkünsüzdür”, - məqalədə iddia edilib.

Qeyd edək ki, Patruşev-Bolton-Ben Şabbat görüşü iyunun 25-də Qüdsdə baş tutub.


Conflict.az