“Gizli sənəd” yayıldı: Türkiyədə nüvə başlıqları var

Gündəm / Cəmiyyət

72

“Gizli sənəd” yayıldı: Türkiyədə nüvə başlıqları varABŞ Avropanın 5 ölkəsində 150 nüvə başlığı və bombası saxlayır. Bunlardan 50-si Türkiyədə - Adanada yerləşən İncirlik hərbi bazasındadır.

Bu barədə Belçikanın HLN nəşrinin ABŞ-ın NATO ölkələrindəki nüvə arsenalına dair paylaşdığı “gizli sənəd”də deyilib.

Nəşrin məlumatına görə, İncirlik bazasında 50 ədəd yenilənmiş B61-12 tipli nüvə başlığı saxlanılır (bu başlıqlardan biri Xirosimaya atılandan beşqat güclüdür).

NATO hesabatlarına görə, ABŞ bu ölkələrdə nüvə başlıqları saxlayır:

* Belçika - Kleyn Brogel aviabazası,

* Almaniya – Büşel bazası,* İtaliya - Aviano və Gedi-Torre bazaları,

* Hollandiya - Volkel aviabazası,

* Türkiyə - İncirlik aviabazası.

Conflict.az