Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər müəllimdən 50 manat pul yığılır... - İTTİHAM

Gündəm

96

Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər müəllimdən 50 manat pul yığılır... - İTTİHAMÖlkə mətbuatda Sumqayıt orta məktəblərində baş verən qanunsuzluqlara,şagirdlərdən müxəlif səbəb və bəhanələrlə mütəmadi olaraq pul yığılması barədə məlumatlara da tez-tez rast gəlmək olur. Məlum olduğu kimi bu gün şəhər və rayonlarımızın orta məktəblərində külli miqdarda vəsaitlərin yığılması ümumilikdə ölkənin təhsil sisemini inkişafa aparan yolda əsas manedir. Bu gün məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur.

Bildiyiniz kimi ümumi təhsil müəssisələrində, ümumiyyətlə, hər hansı bir məqsəd üçün pul yığılması Təhsil Nazirliyi tərəfindən qəti qadağan olunub. Təhsil naziri Ceyhun Bayramov hər hansı bir məktəbdə belə bir halın baş verdiyi sübuta yetirildiyi təqdirdə müvafiq şəxslər barədə ciddi tədbir görüləcəyini dəfələrlə bəyan edib.Dəfələrlə Təhsil Nazirliyi orta məktəblərdə qanunsuz olaraq hər hansı bir pul yığanları cəzalandıracağını rəsmən vurğulayıb.

Amma Sumqayıt məktəblərində təkcə şagirdlərdən qanunsuz pul yığılmır. Bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir.

Daha sonra xəbərdə deyilir: Direktorların,icra başçılarının özbaşınalıqdan müəllimlər özləri də əziyyət çəkir.Onlar direktorlar tərəfindən şagirdlərdən pul yığmağa məcbur edilməkdən başqa, onların özlərindən tez-tez pul tələb olunur.

Belə ki, Sumqayıt məktəblərində işləyən bir qrup müəllimin dediyinə görə bu yaxınlarda onlara 3 ay məzuniyyət pulu verilib və və dərhal da direktor tərəfindən onların əmək haqqından 150 manat alınıb.Təbii ki,bu onların haqlı narazıçılığına səbəb olub.Amma müəllimlərin əksəriyyəti bu pulu vermədikləri təqdirdə gözümçıxdıya salınacaqlarını,onlara gələn dərs mövsümündə dərs saatı verilməyicəyini bildiklərindən məcbur olub tələb olunan məbləği veriblər.Bu hal Sumqayıtın bütün məktəblərində,təhsil ocaqlarında baş verib və direktorlar bu pulun icra hakimiyyətinin göstərişi ilə yığılmasını bildiriblər.Belə ki,müəllimlərə izah olunub ki, icra başçısı hər məktəb direktoruna şəhərdəki hansısa binanı təmir etmək tapşırığı verib .Və buna görə də hər direktor da öz məktəbindəki müəllim və müəllimələrdən,ümumiyyətlə məktəbdə çalışanlardan 100 manat yığmaq məcburiyyətindədir".

Dia.az-a verilən informasiyada daha sonra vurğulanır: "Ən dəhşətlisi isə müəllimləri başa salınıb ki,50 manat isə Sumqayıt icra hakimiyətinin başçısının göstərişi ilə şəhərin dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə görə,hansı ki,hal-hazırda tiklir,yığılır.

Halbuki ikimərtəbəli Muğam Mərkəzinin tikintisi üçün dövlət büdcəsindən Sumqayıt icra hakimiyyətinə.milyonlarla pul ayrılıb

Əgər Sumqayıtda 50-yə yaxın ümumtəhsil məktəbinin ,hər məktəbdə də 150-200 müəllimin çalışdığını nəzərə alsaq yığılan təkcə bu məbləğ(200× 50=10.000×50=500.000 manat )yarım milyondan çox edir.

Görün Sumqayıt məktəblərində il ərzində qanunsuz olaraq nə qədər pul dövr edir.

Qeyd etmək lazımdır ki,Sumqayıtın icra başçısı Zakir Fərəcovun göstərişi ilə pul yığılması illərdir baş verir.Bir müddət əvvəl mətbuatda yazılırdı ki,Sumqayıtda binaların bloklarının təmiri neçə ildir ki, həkimlərə və müəllimlərə,idarə, müəssisə və təşkilatların rəhbərlərinə həvalə olunur, beləcə şəhər büdcəsindən ayrılan vəsaitlər vəzifəlilər tərəfindən mənimsənilir.

Ümumiyyətlə Sumqayıtda məktəblər sanki Təhsli Nazirliyinin deyil,Sumqayıt icra başçısının tabeliyindədir və özəl qanunlarla idarə olunur.Məktəb direktorlarına da, birmənalı olaraq icra başçısı təyin edir, təhsli naziri Ceyhun Bayramov buna heç bir müdaxilə edə bilmir.

Sumqayıt şəhərindəki 48 orta məktəbin 20-də direktor vəzifəsinin bir ara boş qalmasının da səbəbi onların icra başçısı tərəfindən “auksina” çıxarılması göstərilir.

İndi də Sumqayıt müəllimləri deyir ki,əlbəttə şəhərdə Muğam Mərkəzinin tiklməsi ümumiyyətlə müsbət haldır,amma niyə onun tikintisinə dövlət tərəfindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq onlardan 50 manat pul yığılmalıdır?"

Iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...


Conflict.az