“Azərişıq”a daha bir iddialı-Saleh Məmmədovun müavini

Gündəm

132

“Azərişıq”a daha bir iddialı-Saleh Məmmədovun müaviniHüsnü Quliyevə “Azərişıq” ASC-nə sədr təyin ediləcəyi ilə bağlı yüksək səviyyədə razılıq verilib(?)


Conflict.az Yenixeber.org-a istinadən xəbər verir ki, 11 aydır sahibini gözləyən “Azərişıq” ASC-nin sədri postuna daha bir iddialı var. Hakim dairəyə yaxın mənbədən yenixeber.org-a verilən məlumata görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyev də bu posta iddialılar sırasında yer alır... Aylardır bu istiqamətdə çaba xərcləyən cənab Quliyevə yüksək səviyyədə razılıq verildiyi də bildirilir.

Ötən həftə yenixeber.org-da dərc olunan “Miri Yusifin konsertində oliqarxlar qohum oldu-Mikayıl İsmayılov və Hüsnü Quliyev” başlıqlı yazıdan sonra Hüsnü Quliyevlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Yuxarıda qeyd etdiyimiz məlumat kimi...
Xatırladaq ki, ötən yazımızda məlumat vermişdik ki, Miri Yusifin Yaşıl Teatrda “3 gün” adlı solo konsertlərinin birində Orxan adlı gənc sevdiyi Leyla adlı xanıma bütün tamaşaçıların önündə evlilik təklif etmiş və beləliklədə SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin qudalıqlarının əsası qoyulmuşdur. (Gənclərə xoşbəxtlik, qudalara isə mehribançılıq arzulayırıq. Red.)
Bundan əlavə ötən yazımızda xüsusi ilə diqqəti çəkən Hüsnü Quliyevin ali təhsili ilə bağlı araşdırmamız idi: “...Hüsnü Quliyevin ali təhsili ilə bağlı müəyyən müəmmalar doğuran elementlər var. Araşdırmalarımızla müəyyənləşdirmişik ki, hörmətli Hüsnü müəllim Odlar Yurdu Universitetinə 1996-cı ildə qəbul olunub və bakalavr ixtisasını 6 ilə-2002-ci ildə- bitirib. Məlumatla bağlı Dövlət İmtahan Mərkəzinə rəsmi soğumuza qaneedici cavab ala bilməsək də, Odlar Yurdu Universitetinin rektoruna ünavanladığımız məktuba cavabda deyilir: “Quliyev Hüsnü Ələkbər oğlu 1996-cı ildə Odlar Yurdu Universitetinə “Maliyyə və kredit” ixtisasına qəbul olmuş, 2002-ci ildə Universiteti eyni ixtisas üzrə bakalavr səviyyəsində bitirmişdir və ona ali təhsil haqqında qeydiyyat nömrəsi ... olan ... nömrəli diplom verilmişdir”.

Bu o zamanlar idi ki, Azərbaycanda əksər özəl ali məktəblərə daxil olmaq, diplom almaq kimi problemlər yox idi. Başqa sözlə ürəyi dplom istəyən “əlini cibinə salmaqla” istəyinə çata bilirdi...

Biz əsla hörmətli Hüsnü müəllimin 40 yaşında 6 illik bakalavr səviyyəli ali təhsilinə kölgə salmaq niyyətində deyilik...”

Bu və əldə etdiyimiz digər məlumatlarla bağlı araşdırmalarımız davam edir. Hələ ki, Təhsil Nazirliyindən şifahi olaraq məlumat ala bilməsək də, qarşıdakı günlərdə ünvanlayacağımız rəsmi sorğuya cavab ala biləcəyimizə ümüdlüyük.

Göründüyü ki, Hüsnü müəllimin ali təhsili bakalavr səviyyəlidir. Bu təhsillə “Azərişıq” ASC kimi nazirlik statuslu dir quruma rəhbər təyinatının nə dərəcədə qanunauyğunluğu da mübahisə doğura biləcək faktordur...



Conflict.az