Şəkidə Elxan Usubovun görə biləcəyi işlərdən nə üçün Prezidentə müraciət edilir?

Gündəm / Cəmiyyət

124

Şəkidə Elxan Usubovun görə biləcəyi işlərdən nə üçün Prezidentə müraciət edilir?Şəki rayonundan ölkə başçısı İlham Əliyev,birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan şikayət dolu müraciətlərin sayı durmadan artmaqdadır. Bu ya Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun yarıtmaz fəaliyyəti, ya rayondakı əhalıyə xidmət idarələrinin özbaşınılağı, ya da rayondakı bütün bütün dövlət qurumlarının əhalı ilə dövlət arasında narazılıq toxumu səpmək cəhdidir. Xatırlatmaq istərdik ki, Aktualinfo.org onlayn qəzeti son bir neçə ayda onlarla Şəki sakinin dövlət başçısına olan müraciətini geniş ictimaiyyətin diqqətinə çatdırıb. Şikayətlər daha çox rayonun Qaz İstismar, Enerji Satış İdarələrindən, Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Şəki rayon şöbəsindəki özbaşınalıqlardan olsa da, daha çox Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi Şəki rayon Əhalinin Sosial Müdafiə Mərkəzlərindən, Sosial Müdafiə Fondundan və Dövlət Əmək Müfəttişlıyi Xidmətindən olunan müracıətlər daha çox diqqət çəkir. Məlum olduğu kimi Şəki bir dağ rayonu olduğu üçün burada əhalinin işlə təminatında çox ciddi problemlər müvcuddur. Ona görə də işsizlikdən əziyyət çəkən sakinlərin böyük əksəriyyəti dövlətin onlara verdiyi intiyazlardan istifadə etmək məcburiyyətində qalırlar. Bəs Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov sakinlərin haqlı iradlarını nə üçün yerində həll etmir ki, vəsəndaşlar da sosial problemlərin həlli üçün ölkə başçısından kömək istəyirlər?Axı bir rayon rəhbəri kimi Elxan Usubov sakinlərinin problemlərinin yerində həll olunması üçün o vəzifədə oturub. Hər hansı bir qlobal məsələ olsa icra başçısını hardasa başa düşmək olar. Amma bir kəndlinin elementar probleminin həll olunmasına icra başçısı köməklik göstərmirsə, o da adı bir məsələ üçün ölkə başçısına müracıət edirsə,heç bir şərhə ehtiyac qalmlır.

Aktualinfo.org Şəki rayon Baş Göynük kənd sakini BAba Salamovun Prezident İlham Əliyevə unvanladığı müraciəti olduğu kimi oxucuilara təqdim edir. O,yazır:

Mən,Salamov Baba hazırda 30 ildir ki, 7 övladımla birlikdə 1 otaqlı uçuq bir daxmada yaşayıram.Yəni, 9 nəfərdən ibarət ailənin uzun müddət. Ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə ehtiyacı yoxdur.Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ölməmək üçün yaşayırıq.Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqları çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməkli etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Elə bu gün də evimizə bir qara qəpik də girmir. Sağ olsunlar yaxşı qonşuları və xeyirxah insanları. Ailəmin ağır dolanacaq vəziyyətini görüb əl tuan da olur, məsxərəyə qoyub gülənlər də.

Bir kəndli olaraq ömür boyu arzusunda olduğum mal-heyvan saxlaya bilməmişəm. Heç tövləm də olmayıb. Amma birtəhər toyuq-cücə saxlaya bilirəm. Mən Salamov Baba Məmmədiyə oğlu 7 uşaq atası kimi iş olanda sevincək gedib kiminsə qapısında nökərlik edirəm ki, axşama evə bir parça çörək aparım. Doğudur, kənddəki evimizdən 20 km kənarda pay torpağımız olsa da imkansızlıqdan gedib gələ, əkib becərə bilmirik. Sadəcə icarəyə verib, hər il 300 manat pul alıram. Vəssəlam.

Dəflərlə evimin otağının genişlənməsi üçün Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm.Dəfələrlə, rayon Məşğulluq İdarəsinə gedib gəlmişəm ki, qoy gəlib öz gözlərilə əvvəlcə görsünlər sonra ünvanlı sosial yardım ayırsınlar. Amma nə fayda. İndi hər yerdən ümidimi üzüb dərd-qəmlə evimdə oturub özümə sakit ölüm arzulayıram. Digər tərəfdən uşaqların gələcək taleyi məni narahat edir.

İndi düşünürəm ki, son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır. Mən də həmişə hər səsvermədə camaatımızı ona səs verməyə dəvət etmişəm. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Odur ki, Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 9 nəfərlik ailəmə ünvanlı sosial yardımın verilməsində köməklik göstərilməsi barədə göstəriş verəsiniz. Allah amanında.

Mövzunun aktuallığını nəzərə alaraq bir daha qayıdacağıq. Əks tərəfin də mövqeyini dərc etməyə hazırəıq. Təbii li,əgər deməyə sözləri varsa.

Conflict.az