Abşeron Rayon İcra Hakimiyyətinin açıqlaması və açıqlamaya söz ardı - Çavab şikayətə adekvatdırmı? VİDEO

Gündəm / Cəmiyyət

95

Abşeron Rayon İcra Hakimiyyətinin açıqlaması və açıqlamaya söz ardı - Çavab şikayətə adekvatdırmı? VİDEOSon günlər ölkədə tanınmayan, geniş oxucu kütləsi olmayan bəzi elektron kütləvi informasiya vasitələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində guya tikilməkdə olan və şəhid ailəsinə məxsus yarımtikili evin sökülməsi barəsində məqsədli şəkildə qərəzli məlumat yayılıb. Abşeron Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, RİH tərəfindən hər hansı bir tikilməkdə olan evin sökülməsi prosesi həyata keçirilməyib. Qeyd etmək istərdik ki, sözügedən ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Abşeron RİH aparatında, rayonun kənd və qəsəbələrində keçirilən səyyar görüş-qəbullarda, eləcə də mətbu orqanlarda vətəndaşlara torpaq və tikinti məcəlləsinin tələbləri dəfələrlə izah edilmiş, torpaq sahələrinin metal torla çəpərlənməsinə və kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan qurğuların yüngül konstruksiyalarla quraşdırılmasına icazə verildiyi izah edilmişdir.

Abşeron Rayon İcra Hakimiyyəti vətəndaşların diqqətinə çatdırır ki, rayon ərazisindəki torpaqların böyük əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Bu torpaqlar Abşeron ərazisində ancaq kənd təsərrüfatı məhsullarının istehsalı, əkin işlərinin aparılması üçün yararlıdır. Lakin bəzi hallarda torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi də müşahidə edilməkdədir. Üstəlik, bu gün vətəndaşlar tərəfindən yüksək gərginlikli elektrik xəttlərinin altında, magistral su və neft kəmərlərinin əhatə zonasında olan boş toraq sahələrinin zəbt edilərək istifadə olunmasına çalışılır. Bunun yolverilməzliyi, qanunla qadağan olduğu izah edildikdə isə gətirilən arqumentlərlə razılaşmır və müxtəlif adlar altında özlərinə haqq qazandırmağa cəhd göstərilir. Hətta bəzi vətəndaşlar özlərinin çirkin əməllərini gizlətmək üçün imtiyazlı insanlardan istifadə etməyə çalışırlar. Qeyd etmək istərdik ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə və Qarabağ qazilərinə xüsusi diqqət və qağı göstərilir.

Qanunun tələbləri vətəndaşlara izah olunduqda isə bəzi KİV mənsubları öz niyyətləri üçün insanların heysiyyatından istifadə edir və son nəticədə isə vətəndaşla dövlət qurumları arasında əsası olmayan anlaşılmazlıq, narazılıq yaradır. Ona görə də icra hakimiyyəti olaraq vətəndaşlardan xahiş edirik ki, torpaq sahələrindən təyinatına uyğun şəkildə istifadə etsinlər.

Sonda qeyd olunmalıdır ki, bəzi elektron kütləvi informasiya vasitələri öz reytinqlərini artırmaq üçün müxtəlif vətəndaşlardan dəqiqləşdirməmiş, rayon icra hakimiyyətinin məsul işçilərindən məlumat almamış qərəzli şəkildə informasiyalar yayırlar. Onlardan xahiş edirik ki, hər hansı bir məlumatı yaymazdan əvvəl “KİV haqqında” qanunun tələblərindən irəli gələrək qarşı tərəfin – Abşeron RİH-nin də mövqeyini öyrənsinlər.
Zəruri qeyd:
Qeyd etmək istəyirik ki, Abşeron Rayon İcra Hakimiyyətinin açıqlamasında qeyd olunan ölkədə tanınmayan, geniş oxucu kütləsi olmayan bəzi elektron kütləvi informasiya vasitələri siayhısınbda bizdə varıq.Çünki o şikayəti Teref.az olaraq bizdə səhifəmizdə müəllif saytlara istinadən dərc etmişik. Azərbaycan qanunvericiliyində “KİV haqqında” qanunun tələblərinə uyğun olaraq başqa bir saytda gedən şikayəti verərkən məsuliyyət bizim
üstümzdən götürülür.Qeyd etmək istəyiri ki, əgər açıqlamada deyilən kimi həqiqətən ölkə çapında tanınmayan və oxucu kütləsi olmayan mətbu orqanlarda dərc edilibsə nədən belə təlaşlı bir açıqlama verilir?
Teref.az olaraq videoşikayətdə göründüyü kimi heç də hər şey İcra Hakimiyyətinin açıqlamada göstərdiyi kimi deyil.Şəhid ailəsinin sənədləri yerində olduğu halda, bir müddət əvvəl tikintiyə icazə verildiyi halda, birdən birə icazəli, sənədli torpaq necə icazəsiz oldu? Açıqlamada buna aydınlıq gətirməyiblər və açıqlama şikayətə adekvat deyil!
Şikayətlə tanış olmaq istəyən ya yuxarıda verilən videoşikaytə yada aşağıdakı linkə daxil olub tanış ola bilər!
http://teref.az/sosial/122249-abseronda-daha-bir-vehsilik-xanim-basci-sehid-anasinin-evini-yixdi-video.html
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Conflict.az