SUMQAYIT ŞƏHƏR, 13 SAYLI UŞAQ BAĞÇASINDA QAÇQINLAR YANĞINLA ÜZ-ÜZƏ - BAĞÇANI YANDIRAN KİMDİR? -ŞİKAYƏT

Gündəm / Cəmiyyət

153

SUMQAYIT ŞƏHƏR, 13 SAYLI UŞAQ BAĞÇASINDA QAÇQINLAR YANĞINLA ÜZ-ÜZƏ - BAĞÇANI YANDIRAN KİMDİR? -ŞİKAYƏTAzərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, mən Şəhit anası Cabbarova Çöhrə Teymur qızı Sizə bildirirəm ki, biz 26 ildir Sumqayıt şəhər, 1-ci mikrorayon, 13 saylı uşaq bağçasında məşkunlaşmışıq.

Yaşadığımız bu 26 il ərzində heç bir problemimiz, narahatçılığımız olmayıb. Amma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qaçqınlara və Məcburi Köçkünlərə ev verilməsindən sonra, günümüz qara olub. Belə ki, Sumqayıt şəhər, 1-ci mikrorayon, 13 saylı uşaq bağçasındakı qaçqınları ev almaq üçün püşk atmağa çağırdılar. Bu qaçqınlardan 5 ailəyə ev verildi, qalan qaçqınlara isə növbəti paylaşımda ev veriləcək diyə bildirildi. Biz narazılıq bildirmədən bağçada qalmağa davam etdik.
SUMQAYIT ŞƏHƏR, 13 SAYLI UŞAQ BAĞÇASINDA QAÇQINLAR YANĞINLA ÜZ-ÜZƏ - BAĞÇANI YANDIRAN KİMDİR? -ŞİKAYƏT
SUMQAYIT ŞƏHƏR, 13 SAYLI UŞAQ BAĞÇASINDA QAÇQINLAR YANĞINLA ÜZ-ÜZƏ - BAĞÇANI YANDIRAN KİMDİR? -ŞİKAYƏT
SUMQAYIT ŞƏHƏR, 13 SAYLI UŞAQ BAĞÇASINDA QAÇQINLAR YANĞINLA ÜZ-ÜZƏ - BAĞÇANI YANDIRAN KİMDİR? -ŞİKAYƏT
SUMQAYIT ŞƏHƏR, 13 SAYLI UŞAQ BAĞÇASINDA QAÇQINLAR YANĞINLA ÜZ-ÜZƏ - BAĞÇANI YANDIRAN KİMDİR? -ŞİKAYƏT
Bağçanın müdiri İmamət müəllim və anası Almaz müəllim hər günümüzü qara edib deyirlər ki, gedin yol kəsin dövlətdən ev tələb edin, çıxın burdan.

Bu azmış kimi artıq 4-cü dəfədir ki, gecə saat 4-5 arası, bağcanı yandırıb, biz qaçqınların üstünə şər atırlar ki, "Siz bağçanı yandırırsınız"

Bağçanın müdiri İmamət müəllim hər dəfə bizə deyir ki, "Mən özbaşıma deyiləm, Mənə belə göstəriş veriblər"

Bu məsələ ilə bağlı hər yerə müraciət etmişik, amma heçkim bizim şikayətimizə baxmır, hətta polis belə bağça müdiri nə deyirsə, onun sözü ilə bizə hədə qorxu gəlirlər. Qalmışıq çıxılmaz vəziyyətdə. Körpə balalarımız ola-ola bağçanı yandırıb bizim həyatımızı təhlükəyə atırlar və gülərək üstümüzə şər atırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, Qaçqınlar və Məcburi Köçkünlərə ev verilməmiş heçkim qaçqınları qaldığı yerindən çıxarda bilməz.

Xahiş edirəm bizə kömək edin Mehriban xanım!(Azerinfo.az)

Conflict.az