İraq İrana bağlı silahlı qüvvələri qanunsuz elan edir - Bağdaddan zərbə

Gündəm / Dünya

364

İraq İrana bağlı silahlı qüvvələri qanunsuz elan edir - Bağdaddan zərbəİranın dəstəklədiyi Haşdi Şabi qüvvələrinin İraqdakı bütün strukturları ləğv edilir.

Bu barədə İraqın baş naziri Adil Əbdülmehdi qərar imzalayıb.

Qərara əsasən Haşdi Şabi qüvvələri İraq ordusuna daxil ediləcək və birbaşa mərkəzi hökumətə tabe olacaq.

Qərarda İraq ordusuna qatılmaq istəməyən şəxslərin mülki həyata qayıtması və siyasi partiyaların fəaliyyətində iştirak etməsinə icazə verilir.

Həmçinin qeyd edilir ki, gizli və ya açıq formada silahlı fəaliyyət göstərən qruplar qanunsuz elan ediləcək. Baş nazirin qərarın ən gec avqustun 31-nə qədər həyata keçirilməlidir.

Xatırladaq ki, İraqdakı Haşdi Şab qüvvələrinin ümumi sayı on mindən çoxdur və bu qüvvələri Tehran dəstəkləyir. İndiki halda bu qüvvələrin ləğvi İrana qarşı atılan addım hesab oluna bilər.

Baş nazirin bu qərarının ölkədə yeni böhrana və ya silahlı qarşıdurmaya səbəb olub-olmayacağı yaxın günlərdə bəlli olacaq.


Conflict.az